İmmunitet sertifikatının vaxtı bitənlərə hansı dozanın vurulacağı AÇIQLANDI
    • 14-02-2022, 18:01
    • 389

İmmunitet sertifikatının vaxtı bitənlərə hansı dozanın vurulacağı AÇIQLANDI

Məlum olduğu kimi, sabahdan COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Bununla bağlı yaşı 18-dən yuxarı olan həmin vətəndaşların bir çox məkanlara girişinə məhdudiyyət qoyulacaq.

Bəs koronavirusa yoluxma səbəbindən heç bir dozada peyvənd ala bilməyən immunitet sertifikatına malik şəxslər hansı formada vaksin olunacaqlar? 

News24.az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq immunitet sertifikatının müddəti bitən şəxslər üçün bir doza vaksinin kifayət olduğu bildirilib: “İmmunitet sertifikatının vaxtı bitən şəxslər üçüncü - “buster” doza vaksin olunmalıdırlar”.

Xatırladaq ki, qeyd olunan tarixdən sonra peyvənd və ya immunitet sertifikatı olmayan yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələri (kafe, restoran və s.), mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklərə, həmçinin ali təhsil müəssisələri və kolleclərə daxil ola bilməyəcəklər.