Avtobusda qadının 2900 manatlıq telefonunu oğurladılar - Video
    • 15-02-2022, 15:23
    • 395

Avtobusda qadının 2900 manatlıq telefonunu oğurladılar - Video

Bakıda avtobusda qadın sərnişinin 2900 manatlıq mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanılıblar.

DİN Mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, fevralın 4-də  paytaxtın Yasamal rayonu ərazisində sərnişin avtobusunda vətəndaşa qarşı soyğunçuluq edilib. Naməlum şəxslər avtobusda olan qadın sərnişinin əlindən dəyəri 2900 manat olan “İphone 12” markalı mobil telefonu soyğunçuluq yolu ilə alıb hadisə yerindən yayınıblar. Həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin İsrafilov saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı 26-cı  Polis Bölməsində toplanan materiallar Yasamal RPİ İstintaq Şöbəsinə göndərilib. Cəlil Hacağayev və Ələddin İsrafilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.