BDU-da dekan seçkiləri başa çatdı
    • 15-02-2022, 17:23
    • 499

BDU-da dekan seçkiləri başa çatdı

Bakı Dövlət Universitetinin (BDU) 12 fakültəsində səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər başa çatıb.

News24.az
xəbər verir ki, seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

Yeni seçilmiş dekanları təqdim edirik:

Mamoy Mansurov - Geologiya fakültəsi,

Ələmdar Bayramov -  Kitabxanaçılıq-informasiya fakültəsi,

Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsi,

Afət Məmmədova - Biologiya fakültəsi,

Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsi,

İbrahim Zeynalov - Tarix fakültəsi,

Bəxtiyar Paşayev - Fizika fakültəsi,

Elçin Məmmədov - Filologiya fakültəsi,

Aydan Xəndan – Şərqşünaslıq fakültəsi,

Laçın Abışlı -  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi,

Fuad Kərimov - Kimya fakültəsi,

Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi.