-
- 15-02-2022, 18:20
- 390
Bakıda şərikini öldürməyə cəhd edən şəxsə hökm oxudu
Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən İbrahim Dadaşova hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
News24.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Qeyd edək ki, hadisə 2020-ci il avqustun 5-də Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, İ.Dadaşov şərikli taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona idarəetməyə verilən avtomobilin geri tələb edilməsi ilə bağlı aralarında yaranan mübahisə zamanı tanışı Əli Cəfərovu mətbəx bıçağı ilə vuraraq xəsarətlər yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. /Report.az/