Tanışını öldürmək istəyən şəxs HƏBS EDİLDİ
    • 1-06-2021, 09:36
    • 457

Tanışını öldürmək istəyən şəxs HƏBS EDİLDİ

28 may 2021-ci il tarixdə saat 22 radələrində Kürdəmir rayonu ərazisində rayon sakini Famil Cəfərovun bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Famil Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Famil Cəfərovu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

Famil Qurbanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilıb.

Hazırda istintaq aparılır.