Bu ilin payızında Azərbaycan-Yaponiya Dövlət Komissiyasının növbəti iclası keçiriləcək
    • 15-02-2022, 19:30
    • 570

Bu ilin payızında Azərbaycan-Yaponiya Dövlət Komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycan-Yaponiya İqtisadi Komissiyasının həmsədri, “İtochu” korporasiyasının vitse-prezidenti Yoşihisa Suzuki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının videokonfrans formatında hazırlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a bildirilib ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüş zamanı 2022-ci ilin payızında Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının keçirilməsinə qərar verilib.