İstehlaka yararsız qida məhsulları məhv edildi
    • 16-02-2022, 16:43
    • 452

İstehlaka yararsız qida məhsulları məhv edildi

İstehlaka yararsız və istifadə müddəti bitən 1 575 kq dəniz məhsulları, konservlər və alkoqolsuz içkilər məhv edilib.

Bu barədə News24.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin məhsullar “Fenix Trade” MMC-nin Agentliyə müraciəti əsasında “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda yararsız hala gətirilib.