AQTA: "5 tondan artıq istehlaka yararsız dondurma MƏHV EDİLDİ"
    • 29-12-2021, 17:06
    • 434

AQTA: "5 tondan artıq istehlaka yararsız dondurma MƏHV EDİLDİ"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş 1 adda, 5513.44 kq dondurma məhsulları məhv edilib.

Bu barədə News24.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 1 adda, 5513.44 kq dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.