İstifadə müddəti bitən qida məhsulları məhv edilib
    • 29-11-2021, 19:26
    • 563

İstifadə müddəti bitən qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirir.

AQTA-dan News24.az-averilən məlumata görə, “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız 65 adda, ümumi çəkisi 8946.77 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.