Bərdə sakinindən narkotik götürüldü
    • 17-02-2022, 09:48
    • 334

Bərdə sakinindən narkotik götürüldü

Bərdə rayon sakinindən metamfetamin və heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, daxil olan məlumat əsasında Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elgiz Əzizov saxlanılıb.

Onun üzərinə və evinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əzizov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.