Qubada qəbiristanlıqda silah-sursat aşkarlandı - FOTO
    • 17-02-2022, 13:27
    • 473

Qubada qəbiristanlıqda silah-sursat aşkarlandı - FOTO

Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan News24.az-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə, şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.