Xaçmazda qəbiristanlığın yaxınlığında silah-sursat aşkarlandı
    • 21-05-2021, 10:11
    • 348

Xaçmazda qəbiristanlığın yaxınlığında silah-sursat aşkarlandı

Xaçmaz rayonunda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Üryanoba kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən döyüşə yararlı 1290 ədəd 7.62 mm-lik və 134 ədəd 5.45 mm-lik patronlar, 2 ədəd aviabomba hissəsi, 6 ədəd avtomat darağı və ümumilikdə 108 ədəd müxtəlif növ təlim mina və qumbaraları aşkar olunub.

Sursatların tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.