Qusarda əl qumbarası aşkarlandı - FOTO
    • 24-11-2021, 11:09
    • 298

Qusarda əl qumbarası aşkarlandı - FOTO

Qusar rayonu ərazisindən kolluq sahədən xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) "Növbətçi" hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.