Bakıda tapılan əl qumbarası zərərsizləşdirildi - Video
    • 18-02-2022, 12:38
    • 553

Bakıda tapılan əl qumbarası zərərsizləşdirildi - Video

Bakı şəhəri, Nizami rayonunda yaşayış binasının həyətyanı ərazisində aşkarlanmış əl qumbarası zərərsizləşdirilib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.