Rayona getmək üçün bir gündə 2 avtomobil qaçırdı
    • 18-02-2022, 15:00
    • 461

Rayona getmək üçün bir gündə 2 avtomobil qaçırdı

Azərbaycanda bir gündə 2 avtomobil qaçırmış şəxs tutulub.

News24.az
xəbər verir ki, oktyabrın 9-da saat 15 radələrində Cəbrayıl rayon sakini, 1992-ci il təvəllüdlü Fərid Şiriyev Şabran rayonunun avtovağzalından “VAZ 2106” markalı avtomobil qaçırıb. O, həmin maşınla Xaçmaz rayonu istiqamətində hərəkət edib və Ləyər Qışlaq kəndində maşının yanacağı bitib. Bir qədər piyada gedən Fərid saat 18 radələrində yolun kənarında başqa bir “VAZ” markalı avtomobil görüb. Maşının yanında heç kimin olmamasından istifadə edən şəxs xüsusi üsuldan istifadə edərək mühərriki işə salıb və avtomobillə Qusar istiqamətinə hərəkət edib. O, Samur qəsəbəsinə çatdıqda polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman Fərid Şiriyevin üzərindən narkotik vasitə aşkarlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 285.2.2-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) və 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə iş açılıb.