-
- 18-02-2022, 15:39
- 1 268
Bakıda sevgililərin yaşadığı evə BASQIN – Kişini tualetə salıb...
Bakıda yaşayış evinə basqın etməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Nicat Zeynalov məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə N.Zeynalov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin bir neçə bəndi ilə ittiham edilib. O, məhkəmədə cinayət törədilmədiyin, ona böhtan atıldığını deyib.
Zərərçəkən tərəf də Nicatı tanımadığını bildirib.
Bu səbəbdən məhkəmə ibtidai istintaqa verilmiş ifadələrə istinad etməli olub. Məlum olub ki, 10 avqust 2019-cu il tarixdə, saat 19 radələrində N.Zeynalov dostu, Həşim Quluzadə və Sahib Tağıyevlə birlikdə sonunucunun dayısı oğlunun evə basqın ediblər. Onlar üzlərinə maska taxaraq Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yaşayan 1991-ci il təvəllüdlü T.Mustafayevin sevgilisi ilə kirayədə yaşadığı evinə girərək ondan pul tələb ediblər. Belə ki, zorla mənzilə soxulan şəxslər T.Mustafayevi tualetə salaraq bıçaqla phədələyiblər və pulları verməsini tələb ediblər. Avtomobil icarəsi biznesi ilə məşğul olan T.Mustafayev onunla birgə yaşayan 1993-cü il təvəllüdlü Xanımla (şərti adlı) müqavimət göstərib. Lakin daha sonra Xanım evdəki 7 min manatı və mobil telefonları həmin şəxslərə verib.
Polisdə ifadə verən T.Mustafayev bildirib ki, cinayətkarlar üzlərini kovboy tərzinə bənzər burun yaylığı ilə gizlədiblər. Aldığı zərbələrdən Tərlan Mustafayev yardım üçün Kliniki Tibbi Mərkəzə müraciət etməli olub.
20-ci polis bölməsinin əməkdaşları aparılmış operatov-axtarış tədbirləri zamanı şübhəlilərdən birini saxlayıblar. Bu, xəsarət alanın dayısı oğlu 1998-ci il təvəllüdlü Sahib Tağıyevdir.
İstintaqın gedişi zamanı Sahib Tağıyevin əlbir olduğu cinayətkarlar da yaxalanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi fevralın 11-də N.Zeynalova hökm oxuyub, ona 8 il azadlıqdan məhrumetmə cəzası verilib.