Koronavirusa görə bağlanan sinif və məktəblərin sayı açıqlandı
    • 19-02-2022, 10:05
    • 726

Koronavirusa görə bağlanan sinif və məktəblərin sayı açıqlandı

Azərbaycanda koronavirusa görə distant təhsilə keçən sinif və məktəblərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 16 fevral tarixinə görə distant təhsildə olan sinif sayı 93, məktəb sayı isə 8-dir.

Qeyd edək ki, ölkədə aşağı siniflər üzrə əyani tədris sentyabrın 22-dən, yuxarı siniflər üzrə isə sentyabrın 29-dan başlayıb.