-
- 22-02-2022, 23:23
- 1 673
Azərbaycanla Udmurtiya ticarət dövriyyəsinin artırılmasında maraqlıdır
Azərbaycan və Udmurtiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib. Görüşdə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Udmurtiya Respublikası başçısının Rusiya Federasiyasının Prezidenti yanında daimi nümayəndəsi Mixail Xomiç, iki ölkənin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən News24.az-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sektorunda da əməkdaşlığın yüksək səviyyədə olduğu və iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın müşahidə olunduğu vurğulanıb.
Udmurtiya nümayəndə heyəti iqtisadi-ticarət potensialına, ixrac və investisiya imkanlarına həsr olunmuş təqdimat keçirib. Təqdimatlarda qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanların olduğu sahələr, o cümlədən Udmurtiyanın kənd təsərrüfatı potensialı barədə geniş məlumatlar yer alıb.
Qonaqlara Rusiyanın bir çox vilayətlərinin, o cümlədən Udmurtiya Respublikasının Azərbaycan üçün vacib tərəfdaş olduğu diqqətə çatdırılıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sahədə həyata keçirilən islahatlar, fermerlərə göstərilən dövlət dəstəyi, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə ətraflı məlumat verilib.
Tərəflər Azərbaycan ilə Udmurtiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.