Şabranda polis əməkdaşları məktəblilərlə görüşdülər
    • 23-02-2022, 14:57
    • 1 022

Şabranda polis əməkdaşları məktəblilərlə görüşdülər

Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Rəhimli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Karantin qaydalarına uyğun təşkil edilən tədbirdə RPŞ-nin əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd İbrahimov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, ötən il ərzində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.