-
- 23-02-2022, 18:19
- 1 144
Ekskovator sürücüsünün diqqətsizliyi 4500 abonenti QAZSIZ QOYDU - VİDEO
Bu gün saat 10:30 radələrində Kürdəmir rayonu Muğanlı kəndi ərazisində ekskovator qazıntı işləri apararkən Sığırlı Qaz Paylayıcı Stansiyadan qidalanan diametri 315 mm olan yeraltı polietilen qaz xəttini zədələyib. Saat 13:00-dan etibarən kəmərə qazın verilişi tamamilə dayandırılıb.
News24.az xəbər verir ki, zədələnmiş ərazi su olduğundan xətt 1 saatdan artıq müddətdə təzyiq altında qalıb. Xəttin zədələnməsi nəticəsində 15 kənd üzrə 4500 əhali abonenti və 3 sənaye obyektinin qaz təchizatı kəsilib. Hazırda Birlik əməkdaşları təmir bərpa işlərini həyata keçirir. Günün sonunadək qaz təchizatında yaranan fasilə aradan qaldırılacaq. Qeyd edək ki, uzunluğu 26 km olan Sığırlı-Çöhranlı xətti ümumilikdə 15 kənd üzrə 4500 əhali abonenti və 3 sənaye obyektini qazla təmin edir.
Daha ətraflı: https://youtu.be/BqGknu-acFU