"Azərişıq" geniş quruculuq işləri həyata keçirir - FOTO
    • 25-07-2020, 12:53
    • 894

"Azərişıq" geniş quruculuq işləri həyata keçirir - FOTO

İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Ağsu Elektirk Şəbəkisinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir.

"Azərişıq" ASC-dən News24.az-a verilən məlumata görə, Ağsu rayonu Ağabəyli kəndi ərazisində 35/10 kV-luq yeni y/st-nın inşasına başlanılıb. Yarımstansiyanı qidalandıracaq 15 km uzunluğunda xəttin inşası tamamlanıb. Bununlada 17 kənddə 3 min abonentin enerji təchizatı tamamilə yaxşılaşcaq. Ümumiyyətlə şəbəkə ərazisində son 6 ay ərzində 10 kənddə elektrik enerji təchizatı tamamilə yenilənib. Son 6 ayı ərzində 698 sayğac yenisi ilə əvəz olunub, 81 abonentə yeni sayğac quraşdırılıb. Yeni inşa edilmiş 110/35/10 kV-luq Ağsu y/st-da son tamamlama işləri aparılıb.  Ağsu yarımstansiyası şəhərin mərkəzini və 65 kəndini, o cümlədən 11 min 300 abonenti fasiləsiz elektrik enerjisi təchiz edir.

**
Göyçay  Elektrik Şəbəkəsinin xidməti ərazisində istismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur. Elektrik enerjisi təsərrüfatı 60-cı illərdə qurulmuş əksər yaşayış məntəqəsində uzun müddətdir istismar səbəbində bir çox problemlər yaşanırdı. Elektrik enerji təhcizatı tamamilə yenilənən kəndlərdən biri də Qarayazıdır.  445 abonenti olan kənddə indi sakinlər fasiləsiz və kefiyyətli  elektrik enerjisi ilə təmin olunub.

**
Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/10 kV-luq “Pirkəkə” y/s-da əsaslı təmir işləri görülüb. Yarımstansiya 11 kəndi, 3 min abonenti elektrik enerjisi ilə təmin edir. Rayon ərazisində müxtəlif yaşayış məntəqələrində 20-dən çox 10/0,4 kV-luq TM  və KTM şəbəkənin daxili imkanları hesabına təmir olunub və çəpərlənib. Son bir neçə ay ərzində 103 fərdi abonentə yeni sayğac quraşdırılıb, 1679 ədəd köhnə tipli sayğac yeni müasir tipli sayğacla əvəz edilib.