AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişdi
    • 24-02-2022, 11:49
    • 589

AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.

Bu barədə News24.az-a AZAL-dan bildirilib.

Sözügedən qərar NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.

Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Həmin müddət təxminən 3 saat 20 dəqiqə təşkil edəcək.