Kiyev və Lvovda hava həyəcanı elan edildi
    • 25-02-2022, 11:10
    • 651

Kiyev və Lvovda hava həyəcanı elan edildi

Bu gün səhər saatlarında Ukraynanın Kiyev və Lvov şəhərlərində hava həyəcanı elan edilib.

News24.az Ukrayna mediasına istinadən xəbər verir ki, şəhər sakinlərinə həyəcan siqnallarını eşidən kimi dərhal yaxınlıqdakı sığınacağa yollanmağa çağırış edilib.

Xatırladaq ki, Kiyev şəhərinin meri Vitali Kliçko metro stansiyalarının 24 saat sığınacaq kimi fəaliyyət göstərəcəyini bildirib.