"Xocalı şahidi" - VİDEO
    • 25-02-2022, 13:52
    • 800

"Xocalı şahidi" - VİDEO

“Birinci Qarabağ Müharibəsi Azərbaycanın yenicə müstəqillik qazandığı vaxt başlandı. Qonşu Ermənistan həmin dövrdə havadarlarının dəstəyi ilə ərazi iddiaları irəli sürmüş və Azərbaycana qarşı hərbi təcavüzlərə başlayaraq işğal siyasəti həyata keçirib. Dinc Azərbaycanlılar isə bu siyasətin qurbanına çevrildilər. Qırğınlara, soyqırımlara məruz qaldılar”. 

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Ombudsman Aparatının Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı hazırladığı "Xocalı şahidi" adlı videoda deyib. 

S.Əliyeva bildirib ki, Xocalıda 1992-ci fevralın 25-dən 26-na keçən gecə törədilmiş kütləvi qırğın onlardan ən dəhşətlisi olub. 
Hazırlanan videoda Xocalı faciəsini yaşayanlar həmin gün barədə danışılar.  

Videonu təqdim edirik: