“Günəşli” faciəsindən 3 il ötür - 22 neftçi hələ də tapılmayıb
    • 4-12-2018, 11:22
    • 1 099

“Günəşli” faciəsindən 3 il ötür - 22 neftçi hələ də tapılmayıb

Bu gün "Günəşli” yatağında baş verən qəzadan 3 il keçir.

10 saylı dərin dəniz özülündə baş vermiş hadisə nəticəsində 63 nəfər zərər çəkib.

News24.az xəbər verir ki, 2015-ci il dekabrın 4-də baş vermiş qəza nəticəsində 8 neftçi dünyasını dəyişib, 33-ü ağır yaralanıb, 22-si isə itkin düşmüş hesab edilir. Onların meyiti hələ də tapılmayıb.

Hadisəyə ilkin səbəb kimi saat 17ː40 radələrində nəhəng dalğaların "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırması nəticəsində boru kəmərini zədələməsi və şiddətli yanğın baş verməsi göstərilir.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunmuşdu.

Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.