“Günəşli” yatağındakı yanğında itkin düşən neftçilərin cəsədləri tapıldı - 4,5 İL SONRA
    • 8-05-2020, 10:19
    • 1 498

“Günəşli” yatağındakı yanğında itkin düşən neftçilərin cəsədləri tapıldı - 4,5 İL SONRA

2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən dəhşətli yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb.

News24.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. "Facebook" hesabında paylaşım edən M.Qəhrəmanlı bildirib ki, cəsədi tapılanılanlar 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur.

Neftçilərin cəsədləri üzərlərindəki şəxsiyyətini təsdiq edən sənədlər əsasında tanınıb.