"Günəşli" neft yatağındakı faciədən 4 İL ÖTÜR
    • 4-12-2019, 10:34
    • 976

"Günəşli" neft yatağındakı faciədən 4 İL ÖTÜR

2015-ci ilin 4 dekabr tarixində "Günəşli" neft yatağında baş verən dəhşətli faciədən 4 il ötür.

News24.az xəbər verir ki, təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə və “Neft Daşları” ərazisində 501 saylı özülündə qəza baş verib.

"Azneft" İstehsalat Birliyi bu günlə bağlı dünyasını dəyişən neftçilərin ailəsinə başsağlığı verib və onların fotolarını yayımlayıb. Başsağlığında deyilir: "Həyatını itirən 33 neftçimizi rəhmətlə anır və yaxınlarını itirənlərin hər birinə səbr diləyirik. Allah bir daha yaşatmasin!"