Xalq artisti Əlibaba Məmmədov dəfn olundu
    • 26-02-2022, 13:30
    • 2 434

Xalq artisti Əlibaba Məmmədov dəfn olundu

Xalq artisti Əlibaba Məmmədov dəfn olunub.

News24.az xəbər verir ki, mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərib.

Xatırladaq ki, Əlibaba Məmmədov ötən axşam 92 yaşında dünyasını dəyişib.