Azərbaycanda insanlıq faciəsi – Qadın sevgilisi ilə birlikdə övladını öldürdü, meyiti gizlətdi
    • 26-02-2022, 15:55
    • 2 981

Azərbaycanda insanlıq faciəsi – Qadın sevgilisi ilə birlikdə övladını öldürdü, meyiti gizlətdi

Goranboyda yeniyetməni döyərək öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Anar Məmmədova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az-ın məlumatına görə, hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
İttiham aktına əsasən, 2021-ci il avqustun 13-də Goranboy rayonu ərazisində qeydə alınıb.

Belə ki, A.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı Gülayət Təhməzovanın oğlu Fərid Təhməzovu kirayə qaldıqları otağın giriş qapısının qarşısında səs-küy saldığı üçün döyərək öldürüb. Yeniyetmənin meyiti bir neçə gün sonra Goran qəsəbəsində tapılıb. Daha sonra A.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Anar sevgilisinin 11 yaşlı oğlunu öldürməsini və meyiti necə gizlətməsini təsvir edib: “2020-ci ilin yayında Goranboy şəhərində kafe açmışdım. Həmin ərəfələrdə Gülayətlə tanış olmuşdum. Belə ki, Gülayət Goranboy şəhərində yaşayan Leyla adlı qadının evində kirayəşdə yaşayırdı və əxlaqsız həyat tərzi keçirirdi. Mən də onunla intim münasibətdə olmuşam. Kafeni işlədərkən Gülayət də yanımda ofisiant kimi işləyirdi. O, mənə əxlaqsız həyat tərzindən uzaqlaşacağını ona söz verdiyindən onunla qeyri rəsmi nigah münasibətlərinə daxil olub birgə yaşamağa başlamışdım. Birlikdə, Gülayətin iki azyaşlı övladları ilə birlikdə Leylanın evində kirayədə yaşayırdıq.

Gülayətin birinci eviliyindən Fərid Təhməzov və Zaur Təhməzov adlı uşaqları vardı. Fərid Təhməzovun əqli cəhətdən problemləri vardı. Belə ki, Fərid Təhməzov tez-tez qaldığımızı evdə dəcəllik edirdi və pəncərələrin şüşələrini sındırmışdı. Fərid Təhməzovu tez-tez danlayaraq tənbeh etmişdim. 13 avqust 2021-ci il tarixdə saat 20 radələrində Gülayətlə evə gəlmişdik. Ev yiyəsi Fəridin yenə dəcəllik edərək pəncərələrin şüşələrini sındırdığını dedi. İki dəfə Fəridin sifətinə sillə vurdum, Gülayət də 2 sillə vurdu, Sonra Fəridi evə saldım və Gülayətin yanında Fəridin sinəsinə ayağımla iki dəfə təpik zərbəsi vurub yerə yıxdım, hər iki zərbədən sonra uşaq ayağa qalxdı. Mən isə yenə yumruqla, sillə ilə Fərid Təhməzovun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim, sonra isə gedib bayırdan cubuq gətirib Fəridi həmin cubuqla döydüm. Uşaq da ağladı. Həmin vaxt Gülayət yanımızda, ev yiyəsi isə qapının astanasında durub baxırdı. Fəridi döydükdən sonra bayıra çıxdım. Gülayət isə Fəridi və Zauru götürüb hamama apardı. Ertəsi gün Fəridin bədənində, qollarında və sifətində qançırlar əmələ gəldi. 15 avqust 2021-ci il tarixdə saat 08 radələrində Gülayət zəng edib Fəridin öldüyünü bildirdi, dərhal evə gəlib uşağın ölməsinə əmin oldum. Ev yiyəsi də Fəridin ölməsini bildi. Gülayətlə Fəridin meyitini xalçaya bükdük.

Saat 22 radələrində taksi kimi fəaliyyət göstərən Ərəstunu çağırıb, Fəridin meyitini qucağıma alıb Gülayət ilə birlikdə avtomobilə mindirib Goran qəsəbəsindəki alçipan zavodunun yanına gəldik. Ərəstuna 5 manat pul verib yola saldım, Gülayətlə birlikdə Fəridin meyitini aparıb qamışlıq sahəyə atdıq, sonra birlikdə Goran dairəvi yola gəldik və orada taksiyə minib evə qayıtdıq. 19 avqust 2021-ci il tarixdə Gülayət Goranboy rayon polis şöbəsinə gedib Fərid Təhməzovun itkin düşməsi barədə məlumat verdi. 22 avqust 2021-ci il tarixdə Goranboy rayon polis şöbəsində olarkən Gülayət Fəridin ölməsi və sonuncunun onun tərəfindən döyüldükdən sonra ölməsi barədə məlumat verdi”.