Abşeronun bir hissəsində su fasilələrlə veriləcək
    • 28-02-2022, 11:38
    • 597

Abşeronun bir hissəsində su fasilələrlə veriləcək

28 fevral 2022-ci il tarixində gün ərzində Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.

“Azərsu” ASC-dən News24.az-a verilən məlumata görə, bu Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.