Təhsil Nazirliyi bu işin monitorinqini aparacaq
    • 28-02-2022, 11:52
    • 695

Təhsil Nazirliyi bu işin monitorinqini aparacaq

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının icrasına nəzarəti, yaranan problemlərin vaxtında həlli üçün tədbirlər görülməsini və icraçı qurumlar arasında əlaqələndirmənin düzgün təşkilini Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən yaradılmış Dövlət Proqramını idarəetmə qrupu vasitəsilə həyata keçirəcək.

News24.az xəbər verir ki, Dövlət Proqramının tələb olunan alətlər, proseslər və digər vasitələrlə uğurlu icrası üçün onun beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar üzrə monitorinqi və qiymətləndirilməsi aparılacaq. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.