-
- 28-02-2022, 12:06
- 1 034
Ailəsi ilə istirahətdən qayıdan FHN əməkdaşı ŞOK YAŞADI - Ölən və yaralananlar var
Siyəzən rayon Məhkəməsində ötən ilin 2 iyul tarixində axşam saatlarında Bakı-Quba magistral yolunun 90-cı kilometrliyində baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az xəbər verir ki, məhkəmədə FHN-nin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 54 nömrəli Yanğından Mühafizə hissəsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işləyən və qəzanı törədən “KİA Sportage” markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Elçin Mikayılov təqsirləndirilib.
Məlum olub ki, hadisədən əvvəl Elçin atası, anası, bacısı və bacısının azyaşlı övladları ilə Qubaya istirahətə gedib. Onlar iyulun 2-də axşam saatlarında Bakıya qayıdarkən Elçin idarə etdiyi “Kia Sportage” ilə “Qazel” markalı yük maşnını vurub. Zərbənin təsirindən “Qazel” magistral yoldan çıxaraq aşıb. Nəticədə sürücü Pərviz Qubadovun boynu sınıb və digər ağır xəsarətlər alıb. Onun yanındakı sərnişin isə nisbətən yüngül xəsarətlər alıb. Həmçinin Elçinin ailə üzvləri də müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisədən dərhal sonra Bakıdakı ixtisaslaşmış xəstəxanaya gətirilən Pərviz 1 aya yaxın müalicə olunub, onun boynuna protez qoyulub. Lakin qəzadan 29 gün sonra o ölüb.
Məhkəmədə çıxış edən mərhumun atası övladının bir neçə il əvvəl ailə qurduğunu, övladının olmadığını, Sabirabaddan Xaçmaza qarpız daşıyaraq ailəsini dolandırdığını deyib. O, təqsirləndirilən tərəfin onlara köməklik göstərmədiyini, müalicə və digər xərcləri qarşılamadığını deyib və Elçindən şikayətçi olduğunu bildirib.
Təqsirləndirilən tərəf isə Pərvizin müalicəsi ilə maraqlandığnı, onun bir sıra xərclərini qarşıladığını bildirib.
Siyəzən rayon Məhkəməsi Elçin Mikayılovu Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. O, 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 2 il müddətinə şərti cəzaya məhkum edilib.