-
- 3-02-2022, 13:20
- 727
“Elit” ticarət mərkəzində işləyən gənc evə gedərkən öldü
Ötən il avqustun 9-da axşam saatlarında Binəqədi rayonu ərazisində - “Elit” ticarət mərkəzinin qarşısında paytaxt sakini Şadman Şamilovun Qobustan rayon sakini Ş.Albabayevin idarə etdiyi “Toyota” markalı avtomobillə vurulması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az-ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsi ilə açılmış işə baxılarkən məlum olub ki, hadisəni törədən avtomobil “Bolt” taksi şirkətində fəaliyyət göstərib. Belə ki, “Elit” ticarət mərkəzində işləyən Şadman axşam işdən çıxaraq piyada keçidi ilə yolu keçməyə çalışıb. Bu zaman Ş.Albabayev idarə etdiyi “Toyota” ilə onu vurub. Sürücü dərhal saxlayaraq yaralını xəstəxanaya aparıb. Lakin orada Şadmanın vəfat etdiyi məlum olub.
Mərhumun anası məhkəmədə bildirib ki, 2 övladı var. Böyük oğlu ruhi xəstə olduğu üçün ev şəraitində müalicə alır. Şadman isə ticarət mərkəzində satıcı işləyib və işdən çıxıb evə qayıdarkən belə bir hadisə baş verib.
O, hadisəni törədən sürücüdən şikayətçi olmadığını qeyd edib.
Binəqədi rayon Məhkəməsinin 21 yanvar tarixli hökmü ilə Ş.Albabayev qeyd edilən maddə üzrə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.