-
- 28-02-2022, 17:51
- 1 667
Bu gün azərbaycanlılardan ibarət 60 nəfərlik qrup Xarkovu tərk edəcək
"Hazırda Xarkovda vəziyyət olduqca acınacaqlıdır. Şəhər bir neçə saat əvvəl güclü raket atəşinə tutulub".
Bu sözləri Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.
Onun sözlərinə görə, raket hücumları nəticəsində 100-lərlə insan ölüb: “Yaralananların sayı-hesabı yoxdur. İndi dəmiryolu vağzalındayam. Azərbaycanlı tələbələrdən və işləyən 60-dan çox şəxsdən ibarət qrupla şəhərdən çıxmaq niyyətindəyik. Çünki axşama daha ağır zərbələrin olacağı gözlənilir. Buna görə, Lvov və Polşa istiqamətinə hərəkət etməyi planlaşdırırıq".
S.Adıgözəlli bildirib ki, həmin şəxslər üçün Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə biletlər alınıb. Mərkəz sədri əlavə edib ki, şəhərdə konsulluğun inzibati binası da təhlükə altındadır: "Bizə də məsləhət görüldü ki, şəhərdən çıxaq. Şəhərin ətrafına “İsgəndər” raketləri yerləşdirilib".
S.Adıgözəlli şəhərin raket atəşinə tutulması nəticəsində xəsarət alan və ya ölən azərbaycanlılar barədə məlumatın olmadığını qeyd edib: “Yəqin ki, axşama kimi məlumat olacaq. Hazırda azərbaycanlıların şəhərdən çıxarılması üçün işlər görülür. Mümkün qədər axşam və ya sabah səhər reysləri ilə qalan şəxslərin şəhərdən çıxarılmasına çalışılacaq”. /Report/