Rusiya Ukraynaya “İsgəndər” və “Kalibr” tipli 113 raket atdı
    • 1-03-2022, 01:25
    • 1 203

Rusiya Ukraynaya “İsgəndər” və “Kalibr” tipli 113 raket atdı

“Ukraynaya işğal başlayandan bəri Rusiyanın qoşunları Ukraynanın dinc şəhər və kəndlərinə qurudan və dənizdən “İsgəndər” və “Kalibr” tipli 113 raket atıb”.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnın bildirib.

“Putin rejiminin bu qanlı cinayəti beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və Haaqa tribunalı tərəfindən araşdırılmalıdır”, - o əlavə edib.