-
- 1-03-2022, 17:18
- 1 509
Bakıda polis rəisi arvadını şöbədə öldürən şəxsin cinayət işində hal şahidi kimi tanınır
Bakıda şöbədə arvadını güllələyərək öldürməkdə təqsirləndirilən sabiq polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəisi Seymur Qarayev cinayət işi üzrə hal şahidi kimi tanınır.
Bildirilib ki, S.Qarayev məhkəməyə gəlməyib və onun istintaqa verdiyi ifadəsi elan olunub.
Daha sonra vəkillər vəsatət qaldıraraq, S.Qarayevin məhkəmədə dindiriliməsini tələb ediblər.
Vəsatət təmin olunub.
Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən qətlə yetirilib.
İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib. /Report.az/