"Müharibəni qazandıqdan sonra rahat yata biləcəyik" - Zelenski

"Müharibəni qazandıqdan sonra rahat yata biləcəyik" - Zelenski Dünya
"Bütün ukraynalıların rahat yata biləcəyi vaxt gələcək, lakin bu, müharibədə qələbədən sonra olacaq".

News24.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətindəb deyib. 

""Ukraynalılar! Rusiyanın bizə qarşı, xalqa, Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin daha bir gecəsi keçdi. Çətin bir gecə. Biri o gecəni metroda - sığınacaqda keçirdi, digəri zirzəmilərdə, başqa biri isə daha şanlı olub evində yataraq keçirdi. Başqalarına dostları, bəzilərinə qohum-əqrəbaları öz yanında sığınacaq verdi. Yeddi gecədir demək olar ki, yatmırıq. Yatsaq belə çox narahat yatırıq. Əzizlərim, vaxt gələcək hamımız yata biləcəyik. Amma bu, müharibədən, qələbədən sonra olacaq. Hər birinizə heyranam. Bütün dünya sizə heyrandır. Hollivud ulduzlarından tutmuş siyasətçilərə qədər. Bu gün siz ukraynalılar sarsılmazlığın simvolusunuz. İstənilən ölkədə insanların hər an yer üzündəki ən yaxşı insanlara çevrilə biləcəyinin simvolu" deyə Ukrayna başçısı bildirib.