Son 6 ayda COVID-19-dan ana ölümü halları olmayıb
    • 3-03-2022, 12:25
    • 1 680

Son 6 ayda COVID-19-dan ana ölümü halları olmayıb

Son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova deyib.

Nazirlik rəsmisi bildirib ki, COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikanın 2 böyük klinikası - Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir: "Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb. Koronavirusa yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur".