-
- 3-03-2022, 18:13
- 1 695
“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi
“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanına uyğun olaraq, “Elektron prokurorluq” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Baş Prokurorluğa tövsiyə edilib ki, “Elektron prokurorluq” informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün.
Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Kənd Təsərrüfatı nazirliklərinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Dövlət Sərhəd Xidmətinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət İmtahan Mərkəzinə, İpoteka və Kredit Zəmanət Fonduna, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə tapşırılıb və Azərbaycan Mərkəzi Bankına, Azərbaycan Kredit Bürosuna tövsiyə edilib ki, bu fərmanla təsdiq edilmiş “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin 11.2-ci və 11.3-cü bəndlərində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Elektron prokurorluq” informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməlidir.
Baş Prokurorluğa tövsiyə edilib və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılıb ki, “Elektron prokurorluq” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün birgə zəruri tədbirlər görsünlər.
Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etməlidirlər.