-
- 3-03-2022, 23:20
- 1 243
Bayden rus sahibkarlara qarşı sanksiyaları elan edəcək - “Bloomberg”
ABŞ Prezidenti Co Bayden Rusiyanın böyük sahibkarlarına və onların ailələrinə qarşı sanksiyaları elan etmək niyyətindədir.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, sanksiyalara məruz qalacaq şəxslərin ABŞ siyahısı hələ də dəqiqləşdirilir.
Gözlənildiyi kimi, siyahıda olan şəxslərin ABŞ-a girişi qadağan olunacaq.
“Bloomberg”in məlumatına görə, ABŞ-ın sanksiyaları Avropa İttifaqının fevralın 28-də tətbiq etdiyi tədbirlərdən daha geniş olacaq.
Qeyd edək ki, fevralın 28-də Avropa İttifaqı Rusiyanın 26 siyasətçisi, jurnalisti, mədəniyyət xadiminə qarşı sanksiya tətbiq edib. Onların hamısının Aİ-yə girişi qadağan edilib.