Toylara görə 4 nəfər cərimə olundu
    • 4-03-2022, 09:51
    • 511

Toylara görə 4 nəfər cərimə olundu

Martın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 126 toy şənliyinin monitorinqini həyata keçirib.    

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, monitorinq 123 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

- 143 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.