Toylara görə 3 nəfər cərimə olundu
    • 19-02-2022, 09:49
    • 336

Toylara görə 3 nəfər cərimə olundu

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 160 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən News24.az-a verilən məlumata görə, monitorinq 157 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 151 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.