Fevralda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı
    • 4-03-2022, 10:11
    • 564

Fevralda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı

2022-ci ilin fevral ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 126,3 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən News24.az-a verilən xəbərə görə, onlardan 99,1 min nəfərdən çoxu yaşa, 13,3 min nəfərdən çoxu əlilliyə, 13,9 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.