-
- 7-03-2022, 20:15
- 2 981
"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO
Dünən “Azərkitab" kitab evində autizmli İlham Qasımovun "Bizim DÜNYAMIZ" adlı fərdi rəsm sərgisi və İlhamın bu istedadının üzə cıxmasında böyük rolu olan müəlliməsi Zivər Xanlarovanın “Uşaqlara nəyi necə öyrətməli?” kitabının təqdimat mərasimi oldu.
News24.az xəbər verir ki, Maarifləndirici xarakter daşıyan tədbiri Ümidvar Könüllülər Təşkilatının rəhbəri Nazilə Məhərrəmli açaraq autizm spektor pozuntusu ile bağlı indiyə qədər gördükləri işlərdən danışaraq bu sərginin də o silsilədən oldugunu vurğuladı. Daha sonra İlhamın timsalında autizmli uşaqların inkişafında effektiv təlim üsulu olan Lovaas metodu üzrə yazılmış "Uşaqlara nəyi necə öyrətməli?" kitabının müəllifi Zivər Xanlarova kitab haqqında məlumat verdi. Tədbirdə " Sağlamlığa Xidmət" ictimai birliyinin sədri Elçin Muxtarlı, Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi Vüsal Hətəmov, ADPU nun baş müəllimi, inklüziv təhsil üzrə təlimçi Gülşən Eminova, ADA məktəbinin muəllimi, əhəmiyyətli layihələrin icraçılarından biri Sevinc Quliyeva, "Uşaqlara nəyi necə öyrətməli?" kitabının redaktoru, həmçinin bir çox kitabların tərcüməçisi, redaktoru Şəfa Hətəmova, autizmli uşaqların valideynlərini başına toplayaraq hər zaman onlara dəstək olan, autizmli gənc rəssam Şamxal Xələflinin anası Zəhra Xələfli və digər qonaqlar cıxış edərək fikirlərini bildirdilər.
Bədii hissədə isə musiqi istedadı olan autizmli gənc Ayxan Quluzadənin peşəkar musiqiçi Şahin Əlizadə ilə birlikdə çox maraqlı çıxışı oldu. Onlar “Kücələrə su səpmişəm”, “Ovuc ici qədər xoşbəxtlik yetər” mahnılarını böyük coşqu ilə ifa etdilər. Daha sonra valideyinləri ilə tədbirə qatılan digər autizmli gənclər də bəstəkar,müəllimə Arzu Səmədqızının müşayəti ilə onlara qoşuldu.
Öz bəstələri ilə hər zaman autizmli uşaqlara dəstək olan bəstəkar Sevinc Tofiqqızı da iştirak edirdi. Sonda autizmli uşaqların valideynlərinə "Uşaqlara nəyi necə öyrətməli" kitabı hədiyyə edildi. İştirakçılar İlhamın gözəl əsərləriylə tanış olaqraq, onları öz sevimli məkanlarından asmaq ücün müəyyən məbləğ ödəyib əldə etdilər.Əsərlərin satışından əldə olunan vəsait İlhamın yaradıcılıgını daha da inkişaf etdirməsi məqsədi ilə ailəsinə verildi.
Sevindirici hal idi ki, tədbirdə iştirak edən digər uşaqlar da autizmli uşaqlarla birlikdə çox gözəl ünsiyyət qururdular.
Qeyd edək ki, "Uşaqlara nəyi necə öyrətməli?" kitabının ilk nəşri "Sağlamlığa Xidmət" ictimai birliyinin dəstəyi ilə nəşr edilərək valideynlərə, mütəxəssislərə təmənnasız olaraq paylanılıb.
Kitab ikinci dəfə yenidən çap edilib. İkinci nəşrindən əldə olunan gəlir isə "Ümidvar Könüllülər Təşkilatı vasitəsilə aztəminatlı ailənin autizmli uşağının ehtiyacları üçün ianə edilir.