Yetkinlik yaşına çatmayan qızı qaçırıb cinsi əlaqədə olan şəxsə cinayət işi açıldı
    • 9-03-2022, 09:21
    • 1 604

Yetkinlik yaşına çatmayan qızı qaçırıb cinsi əlaqədə olan şəxsə cinayət işi açıldı

Şamaxı rayonunda yetkinlik yaşına çatmayan qızı evlənmək məqsədilə qaçırıb onunla cinsi əlaqədə olan gəncə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, rayonun Qızmeydan kənd sakini, 1995-ci il təvəllüdlü Sübhan Ağayev barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Sübhan 5 oktyabr 2020-ci il tarixində sevdiyi həmkəndlisi, 2005-ci il təvəllüdlü Sevinci (şərti adlı) öz razılığı ilə qaçıraraq atasının evinə gətirib. Lakin Sübhanın atası bu izdivaca razı olmayıb. Gənc oğlan qızın razlığı ilə onunla bir neçə dəfə cinsi əlaqədə olub. Bir müddət sonra ailədəki söz-söhbət nəticəsində Sübhan Sevinclə birgə atasının evini tərk edərək qayınatasının evində yaşayıb. 2 ay sonra isə o, atasının evinə qayıdıb və 4 aylıq hamilə olan Sevinci atıb.

Bundan sonra qız polisə müracit edib və 16 yaşına çatmayan qızla cinsi əlaqədə olaraq onu hamilə qoymuş Sübhan Ağayev barəsində cinayət işi açılıb.

Şamaxı rayon Məhkəməsində cinayət işi üzrə keçirilən məhkəmə prosesində Sevinc Cumayeva artıq Sübhanla barışdığını və Sübhanın atasının evinə yaşadığını, ondan ikayətçi olmadığını bilirib. Məhkəmə təqsirləndirilən şəxsi 9 ay snaq müddəti təyin edilməklə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.