Qaxda üç uşaq anası İNTİHAR ETDİ
    • 27-06-2020, 10:23
    • 881

Qaxda üç uşaq anası İNTİHAR ETDİ

Bu gecə Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib. 

News24.az-ın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Üç uşaq anası olan F. Abbasovanın intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.