Ukraynadakı vəziyyətə görə dünyada aclıq olacaq
    • 9-03-2022, 12:10
    • 865

Ukraynadakı vəziyyətə görə dünyada aclıq olacaq

Ukraynadakı vəziyyət bu il qlobal ərzaq böhranına səbəb olacağı təhlükəsini yaradır.

News24.az “Le Figaro”-ya istinadən xəbər verir ki, bu sözləri Fransanın kənd təsərrüfatı və ərzaq naziri Julien Denormandi deyib. 

O bildirib ki, Aralıq dənizi regionunda bir çox ölkələr Rusiya və Ukraynadan buğda ixracından asılıdır. 

Nazir baş verən hadisələrin qiymətləri artıra biləcəyini, bunun da heyvandarlıq yeminə təsir göstərəcəyini vurğulayıb. 

Nəşrin məlumatına görə, Qətər, Ruanda, Qırğızıstan və Misir kimi dövlətlər Rusiyadan buğda tədarükündən 80 faiz, Türkiyə isə 70% asılıdır.

Bununla bağlı nazir növbəti il yarım ərzində ərzaq böhranının yaşanmaması üçün addımlar atmağa çağırıb.