821 milyon adam gecə ac yatır - KORONAVİRUSDAN SONRA ACLIQ EPİDEMİYASI
    • 22-04-2020, 18:12
    • 976

821 milyon adam gecə ac yatır - KORONAVİRUSDAN SONRA ACLIQ EPİDEMİYASI

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı ilə Qida və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıqda bildirilib ki, koronavirusdan sonra aclıq epidemiyası başlaya bilər. Bu vəziyyətlə 30-a yaxın ölkə üz-üzə qala bilər. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının baş direktoru Devid Beasley bildirib ki, aclıq epidemiyasının astanasına gəlinib. Qurumun yayımlandığı hesabata görə, 2019-cu ilin sonuna qədər araşdırılan 55 ölkədə və bölgədə 135 milyon insanın xroniki qida böhranı ilə qarşı-qarşıya olduğu bilinib.

D.Beasley, dünyadakı 821 milyon insanın hər gecə ac yatdığını da vurğulayıb.