Bu gün 13 min meşəcinsli ağac əkilib
    • 9-03-2022, 18:25
    • 1 544

Bu gün 13 min meşəcinsli ağac əkilib

Yaz ağac əkini mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir.

Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov News24.az-a bildirib ki, yaz ağac əkini başlayandan bu günədək ölkə üzrə ümumilikdə 185 hektar ərazidə 400 000-dək meşəcinsli ağac əkilib, 3000 kiloqramdan çox palıd və göyrüş toxumu səpilib: “Ağacəkmə  və meşəbərpa tədbirləri bu gün Quba, Qəbələ,Tovuz, Ağdaş rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində həyata keçirilib və 13 000 meşəcinsli ağac əkilib”. 

Xidmət rəsmisinin sözlərinə görə, yaz əkin planına uyğun olaraq ölkə üzrə 344 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparılması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 700 000-dən çox meşəcinsli ağacın əkilməsi, 6000 kiloqramdan çox toxumun səpilməsi planlaşdırılır.