-
- 21-03-2021, 11:00
- 510
21 mart - Beynəlxalq meşələr günüdür - FOTO
BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq meşələr günü kimi qeyd olunur.
News24.az xəbər verir ki, bu günün keçirilməsində məqsəd meşə massivlərinin vacibliyini, mühafizəsini, artırılmasının önəmini vurğulamaq, ağac əkinini təşviq etməkdir.
2021-ci ildə Beynəlxalq meşələr günü bütün dünyada "Meşələrin bərpası: bərpa və rifaha aparan yol" devizi altında qeyd olunur.
Azərbaycanda davamlı olaraq hər il genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təkcə 20 mart 2021-ci il tarixində Quba, Qusar, Şəki rayonlarında 4 hektar ərazidə 4000-ə yaxın meşəcinsli ağac əkilib, palıd toxumu səpilib.
Ümumiyyətlə, bu il yaz ağacəkmə mövsümündə Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bugünədək 30 rayonun 100 hektar meşə fondu torpağında 100 mindən çox müxtəlif cinsli ağac əkilib, 2200 kiloqram palıd toxumu səpilib.